Son Qiymətlər

15 Ağustos 2026 Cumartesi

Xoş Gəldiniz: Şəxsi İnvestisiya Və Səhm Analizi Gündəliyim

Salam və bloquma xoş gəlmisiniz!


Uzun müddətdir ki, birja, şirkətlərin maliyyə hesabatları və investisiya imkanları ilə yaxından maraqlanıram. Şirkətləri təhlil edərkən topladığım qeydləri və maliyyə göstəricilərini sadəcə öz şəxsi daftərimdə saxlamaq əvəzinə, onları daha sistemli şəkildə burada toplamaq qərarına gəldim.

Bu bloqu açmaqda əsas məqsədim nədir?

  • Şəxsi Yaddaş və İnkişaf: Analiz etdiyim səhmləri, verdiyim proqnozları və bazar şəraitini tək bir platformada toplamaq. Zaman keçdikcə daxil olub keçmiş qərarlarımı nəzərdən keçirmək və investor kimi necə inkişaf etdiyimi görmək mənim üçün vacibdir.

  • Təcrübə və Bilik Bölüşmək: Azərbaycan dilində birja və səhm analizi haqqında faydalı kontentlərin sayı hələ ki azdır. İnanıram ki, mənim apardığım təhlillər bu sahəyə marq göstərən hər kes üçün dəyərli bir resurs olacaq.


Burada sizi nələr gözləyir?

Hər dəfə diqqətimi çəkən, böyümə potensialı gördüyüm və ya maliyyə göstəriciləri maraqlı gələn yeni bir səhm kəşf etdikdə onun haqqında ətraflı məqalə paylaşacam. Məqalələrdə şirkətin biznes modeli, gəlir göstəriciləri, riskləri və subyektiv qiymətləndirməm yer alacaq.

Önəmli Qeyd və Oxuculara Tövsiyəm

Burada paylaşacağım bütün məlumatlar sırf mənim şəxsi analizlərim və subyektiv fikirlərimdir. Siz bu təhlillərdən ideya ala, yeni şirkətlər kəşf edə bilərsiniz, lakin hər hansı bir yatırım qərarı verməzdən əvvəl mütləq öz şəxsi analizinizi etməyinizi məsləhət görürəm. Çünki hər bir investorun risk dözümlülüyü və gəlir hədəfləri fərqlidir.

İmtina Mətni (Disclaimer): Bu bloqda yer alan heç bir yazı fərdi yatırım və ya maliyyə məsləhəti deyildir. Məzmun yalnız maarifləndirmə və şəxsi gündəlik məqsədi taşıyır.

Gəlin birja aləmini birlikdə kəşf edək! Yenilikləri qaçırmamaq üçün bloqu izləməkdə qalın. İlk səhm analizində görüşənədək!

Hiç yorum yok:

Yorum Gönder

Bütün Yumurtaları Eyni Səbətə Qoymayın: Diversifikasiya Nədir Və Portfeli Böhrandan Necə Qorunmalı?

İnvestisiya dünyasında ən çox edilən kobud səhvlərdən biri bütün kapitalı tək bir şirkətin və ya tək bir sektorun səhminə yatırmaqdır. Həmin...